Qarabağ Universiteti Mühəndislik Fakultəsi

"Gələcəyin Mühəndisi"

Tələbələrin I Elmi-Texniki Konfransı

24-25 Aprel 2026, Xankəndi, Azərbaycan
Qarabağ Universiteti

Xoş Gəlmisiniz

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin təşkilatçılığı ilə "Gələcəyin Mühəndisi" Elmi-Texniki Tələbə Konfransı 24-25 Aprel 2026-cı il tarixlərində Xankəndi şəhərində keçiriləcək. Konfrans gənc mühəndislərin, tədqiqatçıların və akademik heyətin elmi-tədqiqat, innovasiya və mühəndislik potensialını üzə çıxarmağı məqsəd qoyur. Konfrans mühəndislik və texnologiya sahələrində aktual elmi problemlərin müzakirəsi, tələbə-yönümlü tədqiqatların təşviqi və innovativ ideyaların paylaşılması üçün platformadır.

Konfransa bakalavr, magistr və doktorant tələbələr, eləcə də akademik heyət elmi məruzə və tezislərini təqdim etməyə dəvət olunur. Tədqiqat işləri elmi rəhbərin iştirakı ilə hazırlanması tövsiyə olunur.

Konfransın məqsədi:

Gələcəyin mühəndislərində elmi-tədqiqat və təqdimat bacarıqlarını formalaşdırmaq. Onların elmi potensialını, yaradıcılıq bacarıqlarını aşkar etmək və inkişaf etdirmək. İnnovasiyanın tətbiq edilməsi. Tələbələr arasında innovativ düşüncə və tədqiqat mədəniyyətini formalaşdırmaq. Qarabağ Universitetinin mühəndislik sahəsində lider mövqeyini gücləndirmək.

Faydaları:

  • Akademik və elmi dəyər: Universitetin elmi nüfuzunun artması, fakültələrarası və beynəlxalq tədqiqat əməkdaşlıqları.
  • Tələbələr üçün: Real tədqiqat təcrübəsi, CV üstünlüyü, beynəlxalq əlaqələr.
  • Akademik heyət üçün: Tələbə-tədqiqat yönümlü tədris, tanınma.

Məkan: Qarabağ Universiteti, Xankəndi

İştirak forması: Hibrid (üz-üzə və onlayn)

Haqqımızda

EOF 2026 (Engineer of the Future)

“Gələcəyin Mühəndisi” sadəcə bir elmi konfrans deyil, gələcəyi inşa edən zəkalı gənclərin görüşmə nöqtəsidir! Qarabağ Universitetinin Mühəndislik fakültəsi tərəfindən hər il 4 Mart – Beynəlxalq Mühəndislər Günü münasibətilə təşkil olunan bu mötəbər tədbir, elm və innovasiyanın vəhdətini nümayiş etdirir. Əsas hədəfimiz gələcəyin mühəndislərinə dəstək olmaq, onların yaradıcı potensialını kəşf etmək və bölgəmizi mühəndislik mərkəzinə çevirməkdir.

Sərhədsiz elm anlayışı ilə hibrid formatda (əyani və onlayn) keçirilən konfransımız, dünyanın dörd bir yanından tələbələri və akademik heyəti bir araya gətirəcək. Tələbələr, elmi rəhbərləri ilə birlikdə hazırladıqları tədqiqat işlərini təqdim edərək real problemlərə innovativ həll yolları axtarırlar.

Burada hər bir fikir dəyərlidir! Uğurlu iştirakçılar sertifikatla təltif olunur, fərqlənən tədqiqatlar isə “Gələcəyin Mühəndisi” nominasiyasına layiq görülərək nüfuzlu elmi jurnallarda dərc olunma şansı qazanır. Biz, texnologiya ilə gələcəyə körpü salırıq – sən də bu gələcəyin bir parçası ol!

Konfrans Təqvimi

Tezislərin təqdim edilməsi üçün son tarix

20 Aprel 2026

Qəbul bildirişlərinin göndərilməsi

22 Aprel 2026

Proqramın elanı

22 Aprel 2026

Konfransın keçirilməsi

24-25 Aprel 2026

Komitələr

Fəxri Sədr

  • Şahin Bayramov

Sədr

  • Hüseyn Mirzəyev

Həmsədrlər

  • Şamil Hümbətov
  • Hüsrev Kastacı

Elmi Komitə

  • Ürfət Nuriyev, QU
  • Qabil Adilov, QU
  • Gülnar Salmanova, QU
  • Orxan Güləhmədov, QU
  • Elvin Əlizadə, QU
  • Nigar Abasova, QU
  • Tərlan Qarayev, QU
  • Vəhid Gəruslu, Queen University, Great Britain
  • Telman Kərimli
  • Reha Metin Alkanır, İTÜ
  • Ceyhun Musayev, AzMİU
  • Osman Mirzəyev, BMU
  • Təranə Əliyeva, UNEC
  • Manafəddin Namazov, AzTU
  • Abbas Mehdiyev, BDU
  • Şirmayıl Bağırov, BDU
  • Yusif Sevdimalıyev, BDU
  • İbrahim Həbibov, ADNSU
  • Vüqar Mustafayev, MDU
  • Aidə Mustafayeva, MDU

Təşkilati Komitə

  • Elçin Quliyev - sədr
  • Nərgiz Mehdiyeva
  • Guliyeva Ülviyyə
  • Nurlan Axundov
  • Müzəffər Kərimbəyli
  • Fuad Həsənov
  • Orxan Həsənli

Bölmələr

Konfransa təqdim edilən məruzələr aşağıdakı bölmələrə aid mövzulara aid olmalıdır:

İnformasiya Texnologiyaları

  • Süni intellekt və maşın öyrənməsi
  • Kompüter mühəndisliyi
  • Data analitikası və Big Data
  • İnformasiya təhlükəsizliyi

Texniki Bölmələr

  • Mexanika mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Elektrik və elektronika mühəndisliyi
  • Logistika və nəqliyyat texnologiyaları
  • Təbiət elmləri (riyaziyyat, fizika, kimya və s.)

İşçi Dilləri:

Konfransın işi, plenar və seksiya iclasları Azərbaycan, İngilis dillərində aparılacaq.

Tezis Göndərilməsi

Konfransa təqdim ediləcək tezisi tərtib etmək üçün şablon verilib. Tezis birbaşa şablonun üzərində tərtib edilə bilər. Şablona uyğun olmayan və fərqli formatlarda hazırlanmış tezislər qəbul edilməyəcək.

Tezis Tələbləri və Tərtib Qaydaları

  • Tezislər konfransın rəsmi şablonuna uyğun hazırlanmalıdır (max 3 səhifə).
  • Şablon: Başlıq, Müəlliflər, Xülasə (150–300 söz), Açar sözlər (3–5), Giriş, Tədqiqat Metodu, Nəticə, Ədəbiyyat siyahısı (APA stil).
  • İstinadlar APA stilinə uyğun: (Müəllif, İl).
  • Qəbul edilmiş tezislər konfransın elektron materiallar toplusunda (PDF) dərc olunacaq.
  • Bölmələr üzrə ən yaxşı işlər "Gələcəyin Mühəndisi" nominasiyası ilə mükafatlandırılacaq.
  • Yüksək keyfiyyətli seçilmiş tezislərin nüfuzlu elmi jurnallara təqdim edilməsi planlaşdırılır.

Tezis göndərilməsi üçün əlaqə:

E-mail: info@eof.az

Əlaqə nömrəsi: +994 77 567 11 18

Tezis şablonu: Şablonu yüklə

Tezislərin göndərilməsi üçün link: Təqdim Linki

E-mailin mövzu hissəsində tezisin hansı sahəyə aid olduğu mütləq qeyd olunmalıdır.

Əlaqə

Telefon

+994 77 567 11 18

(Nigar Alışzadə)

E-mail

info@eof.az

Ünvan

Qarabağ Universiteti, Xankəndi, Azərbaycan

Xəritədə Göstər